AFP: İsveç prokurorları İranı kiberhücumda ittiham edir
Nərmin Qocamanlı
İsveç prokurorları ötən il baş verən kiberhücuma görə İranı günahlandırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Məlumata görə, prokurorluq iddia edir ki, 2023-cü ildə İran xüsusi xidmət orqanları Quranı yandıranlardan “intiqam almağa” çağıran mesajlar göndərmək üçün SMS operatorunu sındırıblar. 15 minə yaxın mesaj göndərilib. Prokurorların fikrincə, bu, "İsveç cəmiyyətində parçalanma yaratmaq" üçün edilib.