Menyu

Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır

Nərmin Qocamanlı
Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır
1 dəq oxu

Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır.

Bu barədə "Operativ Media"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 1 046 metr, ortalama eni 17,5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Fotogalereya

Əlaqəli Xəbərlər