Menyu

Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb

Nərmin Qocamanlı
Azərbaycanın logistika şirkəti məhkəmədə iddia qaldırıb

“Urban” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qaya Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında məhkəmə çəkişməsi başlayıb.

"Operativ Media"nın əldə etdiyi məlumata görə, şirkətlər arasında məhkəmə çəkişməsi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (sair öhdəliklər üzrə mübahisələr) bağlıdır.

Belə ki, “Qaya Nəqliyyat” MMC "Urban" MMC-yə qarşı məhkəmədə iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, 2017-ci ildə yaradılan “Qaya Nəqliyyat” Azərbaycanın ən böyük nəqliyyat və logistika şirkətidir. Şirkətin təsisiçisi və rəhbəri Şöhrət Tağıyevdir. “Urban” MMC isə 2022-ci ildə cəmi 10 manat nizamnamə kapitalı ilə yaradılan şirkətdir. Onun qanuni təmsilçisi isə Mustafayev Samir Nazim oğludur.

Teqlər:

"Az\u0259rbaycan\u0131n logistika \u015firk\u0259ti m\u0259hk\u0259m\u0259d\u0259 iddia qald\u0131r\u0131b"

Əlaqəli Xəbərlər