Menyu

ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb

Nərmin Qocamanlı
ADY Bakı-Sumqayıt marşrutu üzrə yeni tarifləri açıqlayıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada tətbiq olunacaq yeni tarifləri açıqlayıb. 

ADY-dən "Operativ Media"ya verilən məlumata görə, yeni tariflər bu ilin 25 sentyabr tarixindən qüvvəyə minir. 

ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 AZN ödəməklə mənzilbaşına çatacaq ki, bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılacaq.

Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir və tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib.

baki-sumqayit-baki-marsrutu-uzre-gedis-haqqi-cedveli-sayt-uchun-01.jpg

Teqlər:

"ADY Bak\u0131-Sumqay\u0131t mar\u015frutu \u00fczr\u0259 yeni tarifl\u0259ri a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər