Menyu

Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir

Əsəd Abbaslı
Əli Əsədov: COP29-un Azərbaycanda keçirilməsi artan beynəlxalq nüfuzumuzun bariz nümunəsidir

Cari ildə dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq tədbirlərindən biri olan COP29-un noyabr ayında Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun bariz nümunəsidir.

"Operativ Media" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində keçirilən 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində deyib.

Baş nazir bildirib ki, tədbirin Azərbaycana xas yüksək səviyyədə, mükəmməl şəkildə təşkil ediləcəyinə əmindir:
“Hökumət üzvlərinin çoxu müvafiq Təşkilat Komitəsinin üzvləridir.
Bütün hökumət üzvləri rəhbərlik etdikləri nazirlik və digər qurumların üzərilərinə düşən tapşırıqların icrasına şəxsən cavabdehdirlər. Bu istiqamətdə sıx və əlaqəli şəkildə işləməlidirlər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər