Menyu

Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub

Əsəd Abbaslı
Rusiya hərbçiləri Donetsk vilayətinin Uqledar şəhərinə daxil olub

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərinin kənarına daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Suverenlik Məsələləri Komissiyasının İctimai Palatasının sədri Vladimir Roqov bildirib. 

Onun sözlərinə görə, döyüşlər Uqledarın özündə başlayıb: “Rusiya ordusu şəhərin kənarındakı məhəllələrə giriblər və addım-addım irəliləyirlər”.

Roqov əlavə edib ki, Uqledarda vəziyyət Ukrayna ordusunun 72-ci briqadası üçün kritik həddə çatıb. O, aydınlaşdırıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusu tərəfindən mühasirəyə alınmaq təhlükəsi altındadır.

Buna qədər "Forbes" nəşri də xəbərdarlıq etmişdi ki, Uqledar yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 72-ci mexanikləşdirilmiş briqadası mühasirəyə düşə bilər.

Teqlər:

"Rusiya h\u0259rb\u00e7il\u0259ri Donetsk vilay\u0259tinin Uqledar \u015f\u0259h\u0259rin\u0259 daxil olub"

Əlaqəli Xəbərlər