Menyu

Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO

Əsəd Abbaslı
Ərdoğan Paşinyanla görüşüb - YENİLƏNİB - VİDEO

Rəcəb Tayyib Ərdoğan BMT-nin 79-cu Baş Assambleyasına getdiyi Nyu-Yorkdakı Türkevidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma və Ermənistanla Azərbaycan arasında sülh prosesləri müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin yeni dövrdə Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasına və iki ölkə arasında möhkəm dostluğun qurulmasına tərəfdar olduğunu və bunun üçün səylərin davam etdiyini bildirib.

Ərdoğan Türkiyə ilə Ermənistan arasında ilkin şərt qoyulmadan normallaşma istiqamətində əhəmiyyətli irəliləyişlərin əldə edildiyini ifadə edərək, dialoq prosesinin davam etdirilməsinə səmimi dəstəyini ifadə edib.

00:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Nyu-York şəhərində Ermənistanın baş naziri Paşinyanla görüşüb.

"Operativ Media" xəbər verir ki, mətbuata qapalı keçirilən görüşlə bağlı hələlik heç bir açıqlama verilməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər