Menyu

Azərbaycanda “Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edilib

Nərmin Qocamanlı
Azərbaycanda “Uçuş əməliyyatlarına hazırlıq Qaydası” təsdiq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Uçuş əməliyyatlarına hazırlıq Qaydası”nı təsdiq edib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda “Aviasiya haqqında” qanunun 38-ci maddəsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyanın 6 nömrəli Əlavəsinin I hissəsinə uyğun olaraq hazırlanıb və beynəlxalq, habelə ölkədaxili kommersiya hava daşımalarının həyata keçirilməsində istifadə edilən mülki hava gəmilərinin uçuş əməliyyatlarına hazırlığının təmin olunmasına dair qaydaları müəyyən edir.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər