http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Sədr müavini: Azərbaycanda su ehtiyatları 2020-2050-ci illərdə 20-25 faiz azalacaq

25 Sentyabr 2024 , 11:30
Sədr müavini: Azərbaycanda su ehtiyatları 2020-2050-ci illərdə 20-25 faiz azalacaq

Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənməkdədir. Bu təsirlər arid zonalarada yerləşən ölkələrdə daha çox hiss olunmaqdadır ki, Azərbaycan da həmin ölkələr sırasına daxildir.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Zakir Quliyev “Avropa və Mərkəzi Asiya ölkələrinin aqro-ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirilməsi” mövzusunda keçirilən Regional İqlim Konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, indiki şəraitdə ekoloji tarazlığın qorunub saxlanılması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, suyun, torpağın və atmosferin çirklənmədən mühafizə olunması ümumbəşəri problemə çevrilib.

“Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması yalnız inkişafın yeni, ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin formalaşdırılması hesabına ola bilər”, - deyə Zakir Quliyev bildirib.

Sədr müavini əlavə edib ki, Azərbaycanın su ehtiyatları olduqca məhduddur: “Çoxillik məlumatlara əsasən, respublikanın yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir. Bu ehtiyatların yalnız 30 faizi ölkə ərazisində formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axını kəskin surətdə azalır, daxili çayların bir çoxu isə tamamilə quruyur. Belə bir şəraitdə ilin isti aylarında kənd təsərrüfatı bitkilərinin suya olan tələbatı maksimum həddə çatdığından onların suvarma suyu ilə təminatı çətinləşir. Bu problemin həlli mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, digər tərəfdən qeyri-ənənəvi (yeraltı, kollektor-drenaj, çirkab və tullantı, dəniz) sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə imkanlarının daha ətraflı tədqiq edilməsi zərurətini yaradır. Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz, 2070-2100-cü illərdə isə 30-35 faiz azalması gözlənilir”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və  Belarus fövqəladə hallar nazirləri arasında görüş olub

Azərbaycan və Belarus fövqəladə hallar nazirləri arasında görüş olub

“Azəristiliktəchizat”a yeni səlahiyyət verilib

“Azəristiliktəchizat”a yeni səlahiyyət verilib

Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib

Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib

XƏBƏR LENTİ
  • 14:23

    Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilib
  • 14:20

    Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək
    Nyu-Yorkda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək
  • 14:16

    Azərbaycan və Belarus fövqəladə hallar nazirləri arasında görüş olub
  • 14:15

    “Azəristiliktəchizat”a yeni səlahiyyət verilib
  • 14:10

    Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib
  • 14:08

    Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib
  • 13:58

    Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb
  • 13:55

    "İnterximservis" şirkəti ilə bağlı məhkəmə qərarı elan edilib
Menyu