http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

25 Sentyabr 2024 , 11:35
“Rəqəmsal bacarıqlar” layihəsi 500 min şagirdi əhatə edir

Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin 2024-2025-ci tədris ilində əhatə dairəsi daha da genişləndirilib.

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə də tətbiqinə başlanılan layihə çərçivəsində ölkə üzrə məktəb sayı 762-yə çatdırılıb, onlardan 230-u layihəyə yeni cəlb olunub. Yeni tədris ilində layihə ölkənin 57 şəhər və rayonunda 6000 müəllimi, 500 min şagirdi əhatə edir.

Bundan başqa, bu il 30-dan çox məktəbdə informatika fənninin dərindən tədris olunduğu, ixtisaslaşdırılmış “Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul imtahanı keçirilib. 826 şagird yeni tədris ilində bu siniflərə qəbul olunub. Ümumilikdə, bu il “Rəqəmsal bacarıqlar” təmayüllü 10-11-ci siniflərdə 1370 şagird təhsilinə davam edəcək.

Qeyd edək ki, layihənin məqsədi şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməkdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və  Belarus fövqəladə hallar nazirləri arasında görüş olub

Azərbaycan və Belarus fövqəladə hallar nazirləri arasında görüş olub

“Azəristiliktəchizat”a yeni səlahiyyət verilib

“Azəristiliktəchizat”a yeni səlahiyyət verilib

Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib

Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib

XƏBƏR LENTİ
  • 14:16

    Azərbaycan və Belarus fövqəladə hallar nazirləri arasında görüş olub
  • 14:15

    “Azəristiliktəchizat”a yeni səlahiyyət verilib
  • 14:10

    Tarif Şurası daha bir qrup dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul edilib
  • 14:08

    Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib
  • 13:58

    Təhsilin İnkişafı Forumunun spikerlərinin adları açıqlanıb
  • 13:55

    "İnterximservis" şirkəti ilə bağlı məhkəmə qərarı elan edilib
  • 13:48

    Azərbaycan vətəndaşlığına qəbul edilən əcnəbilərin sayı açıqlanıb
  • 13:36

    Bu il əcnəbilərin Azərbaycandan kənara çıxarılması ilə bağlı 1 583 qərar qəbul edilib
Menyu