Menyu

Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib

Nərmin Qocamanlı
Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya İşçi Qrupunun 5-ci iclası keçirilib. İclasda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyətə toxunulub, tərəflər ölkələrimiz arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sektorunda da əlaqələrin inkişaf etdiyini vurğulayıblar.

İşçi Qrupunun iclasında iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Tərəflər müzakirə edilən məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər