Menyu

İrandan qanunsuz yollarla Azərbaycana keçməyə çalışan Əfqanıstan vətəndaşları saxlanılıb

Nərmin Qocamanlı
İrandan qanunsuz yollarla Azərbaycana keçməyə çalışan Əfqanıstan vətəndaşları saxlanılıb
1 dəq oxu

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sentyabr ayının 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Əlaqəli Xəbərlər