“LC Waikiki”nin Azərbaycandakı rəsmi nümayəndəsi məhkəmədə iddia qaldırıb
Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsi olan şirkət məhkəməyə üz tutub.
"Operativ Media"nın əldə etdiyi məlumata görə, söhbət “Best Brands Group MA” MMC-dən gedir.
Belə ki, şirkət “Era Group Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məhkəmədə iddia qaldırıb.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrlə (alqı-satqı müqaviləsi üzrə mübahisələr) bağlıdır.
Şirkətlərin çəkişməsi Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, “Best Brands Group MA” MMC 2016-cı ildə təsis olunub. Şirkət Türkiyənin dünyaca məşhur geyim markaları olan LC Waikiki və Penti kimi tanınan markaların Azərbaycanda rəsmi nümayəndəsidir. “Era Group Construction” MMC isə ötən il yaradılıb. Şəki rayonunda yerləşən şirkətin qanuni təmsilçisi İbrahimxəlilov Anar Yavər oğludur.