Hakan Fidan: Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır
Əsəd Abbaslı
Qəzzada qəbuledilməz vəziyyət həyəcan siqnalı olmalıdır.
"Operativ Media" xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan G20 Xarici İşlər Nazirləri toplantısında çıxış edib.
İsrailin Qəzzada törətdiyi soyqırımına toxunan nazir Fidan, "Qəzzada qəbuledilməz vəziyyət beynəlxalq ictimaiyyət üçün oyanış siqnalı olmalıdır. Fələstinli qardaşlarımızı aclığa və qırğına məhkum etməyəcəyik və səssiz qalmayacağıq. İndi münaqişənin Livana yayılması ilə qarşılaşırıq və bu, daha da ciddiləşəcək”.
Nazir əlavə edib ki, "Bu gün “Qlobal İdarəetmə İslahatına dair Fəaliyyətə Çağırış”ı təsdiq etməklə biz G20 Nazirləri olaraq bu səylərə sadiqliyimizi bir daha bəyan edirik."