Ana səhifə / Ölkə / Bakıda hazırda bəzi yollarda sıxlıq müşahidə olunur Bakıda hazırda bəzi yollarda sıxlıq müşahidə olunur 26.09.2024, 08:35 Əziz Əzizli Bakının bir sıra yollarında tıxac müşahidə edilir. "Operativ Media" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 4. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 6. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 8. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 9. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur. Teqlər: "Bak\u0131da haz\u0131rda b\u0259zi yollarda s\u0131xl\u0131q m\u00fc\u015fahid\u0259 olunur"