STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

Nərmin Qocamanlı
STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb

STEAM Azərbaycan layihəsinin universitetlərdə tətbiqinə başlanıb.

"Operativ Media" xəbər verir ki, bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Beynəlxalq Yaşıl STEAM Azərbaycan festivalının keçirilməsi ilə əlaqədar baş tutan brifinqdə deyib.

"Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində STEAM-in tətbiqi üçün otaq ayrılıb və tətbiq olunur. Eyni zamanda əlavə 5 fakültədə təbiət fənlərində tətbiq olunur", - o, qeyd edib.

Digər xəbərlər