Menyu

KİV: İsrailin Suriya ilə Livan sərhədindəki keçid məntəqəsinə endirdiyi zərbələr zamanı 8 nəfər yaralanıb

Nərmin Qocamanlı
KİV: İsrailin Suriya ilə Livan sərhədindəki keçid məntəqəsinə endirdiyi zərbələr zamanı 8 nəfər yaralanıb

İsrailin Suriya-Livan sərhədindəki Matraba keçid məntəqəsinə endirdiyi zərbə nəticəsində ən azı 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat vermişdi ki, İsrail hərbçiləri Suriya və Livan sərhədinin bir sıra bölmələrində hədəflərə zərbələr endiriblər. İsrail tərəfinin bildirdiyinə görə, hücuma məruz qalan obyektlər Livanın şiə Hizbullah hərəkatının silahlı birləşmələri tərəfindən “Suriya ərazisindən silah ötürmək üçün” istifadə edilib.

Teqlər:

"K\u0130V: \u0130srailin Suriya il\u0259 Livan s\u0259rh\u0259dind\u0259ki ke\u00e7id m\u0259nt\u0259q\u0259sin\u0259 endirdiyi z\u0259rb\u0259l\u0259r zaman\u0131 8 n\u0259f\u0259r yaralan\u0131b"

Əlaqəli Xəbərlər