ABŞ Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib
Əsəd Abbaslı
ABŞ Rusiya Federasiyasının bir vətəndaşına və Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib.
"Operativ Media" xəbər verir ki, müvafiq məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.
Nəşrdə qeyd edildiyi kimi, fəaliyyət növü göstərilməyən rusiyalı Sergey İvanova qarşı sanksiyalar tətbiq edilib.
Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş Cryptex ödəniş sistemi Amerika məhdudiyyətləri altına düşüb.
Sanksiya siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.