Blinken HƏMAS-ın götürdüyü girovların sağ olduğunu bildirib
Əsəd Abbaslı
Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatının saxladığı girovların çoxu hələ də sağdır.
"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində bildirib.
“Bildiyimizə görə, Qəzzada çoxlu canlı girovlar var ki, biz onları ümidsiz şəkildə ailələrinə qaytarmaq istəyirik.
Dövlət katibi əlavə edib ki, söhbət Amerika vətəndaşlığı olan girovlardan da gedir.
Bununla bağlı Blinken qeyd edib ki, bu insanların evlərinə qayıtması ABŞ-ın münaqişə tərəflərini Qəzza zolağında atəşkəsə razı salmaq cəhdlərinin əsas prioritetlərindən biridir.