Quterreş Rusiya və ABŞ-ı nüvə silahlarının azaldılması prosesini bərpa etməyə çağırıb
Əsəd Abbaslı
BMT-nin baş katibi Antonio Quterreş Rusiya və ABŞ-ı nüvə silahlarının azaldılması prosesinə qayıtmağa çağıraraq, nüvə silahlarının tərksilahı və yayılmaması sahəsində irəliləyişlərin bir-biri ilə əlaqəli olduğunu deyib.
"Operativ Media" xəbər verir ki, O, bunu Beynəlxalq Nüvə Silahlarının Tam Ləğv edilməsi Günü münasibətilə keçirilən yüksək səviyyəli görüşdə deyib.
“Dövlətlər nüvə silahlarının tamamilə məhv edilməsinə qədər tərksilah üzrə öhdəliklərini yerinə yetirməlidirlər”, - Quterreş vurğulayıb.
O, həmçinin nüvə arsenalları ilə bağlı məsələlərdə mütləq şəffaflığın vacibliyini qeyd edib və bütün ölkələri istənilən şəraitdə onlardan istifadədən imtina etməyə çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net