Menyu

Qətər Qəzza əhalisinə humanitar yardım üçün əlavə 100 milyon dollar ayıracaq

Nərmin Qocamanlı
Qətər Qəzza əhalisinə humanitar yardım üçün əlavə 100 milyon dollar ayıracaq
1 dəq oxu

Qətər Qəzza zolağının əhalisinə humanitar yardım göstərmək üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir və bunun bir hissəsi BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsinə gedəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Lulva Əl-Xatər məlumat verib.

Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində UNRWA-ya dəstək üçün nazirlər toplantısında danışan dövlət naziri, Qətərin Qəzza zolağında humanitar böhrana cavab tədbirləri çərçivəsində 100 milyon dollar ayırmaq niyyətini açıqlayıb.

Əlaqəli Xəbərlər