Menyu

Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq

Əsəd Abbaslı
Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
1 dəq oxu

İsrail Müdafiə naziri Yoav Gallant “Hizbullaha qarşı müharibənin növbəti mərhələsinin tezliklə başlayacağını” söyləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə o, İsrailin şimal sərhəd icmalarının merləri ilə görüşdə deyib.

“Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq. Bu, təhlükəsizlik vəziyyətinin dəyişdirilməsində mühüm amil olacaq və sakinlərin öz evlərinə qaytarılması kimi vacib missiyanı tamamlamağa imkan verəcək”,- Gallant deyib.

“Biz bunu edəcəyik. Bir ay əvvəl burada dediyim kimi, biz ağırlıq mərkəzini şimala köçürəcəyik. Biz vəziyyəti dəyişəcəyik və sakinləri evlərinə qaytaracağıq”- o əlavə edib.

Əlaqəli Xəbərlər