Menyu

"Sabah"ın qapıçısı 2-ci pilləyə yüksəlib

Operativ Media
"Sabah"ın qapıçısı 2-ci pilləyə yüksəlib
1 dəq oxu

“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçılar arasında 2-ci pilləyə yüksəlib.

Operativ Media xəbər verir ki, Pokatilov dünən “Borussiya” (Dortmumd) ilə 3-cü turun görüşündə 7 dəfə seyv edib. Beləliklə o, turnirin əsas mərhələsində qurtarış sayını 18-ə çatdırıb.

Siyahıya 20 seyvlə Bratislava “Slovan”ının qapıçısı Dominik Takaç başçılıq edir.

“Portu”nun qapıçısı Dioqu Koşta, “Bodo-Qlimt”in qolkiperi Nikita Haykin və PSJ-nin qapıçısı Matvey Safonov isə hərəyə 14 qurtarışla 3-cü yeri bölüşürlər.

Əlaqəli Xəbərlər