Nikol Paşinyan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib
Əsəd Abbaslı
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində səfərdə olan İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arefi qəbul edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, Aref İranın Ermənistanla çoxqütblu əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu deyib.
Paşinyan, öz növbəsində, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının gedişi barədə danışıb, həmçinin regional kommunikasiyaların açılmasına yönəlmiş “Sülhün kəsişməsi” layihəsi haqqında məlumat verib.
“İranla əlaqələrin inkişafı Ermənistan hökumətinin prioritetlərindən biridir. Ermənistan suverenlik, universal yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsipləri əsasında maraqlı ölkələrlə ticari-iqtisadi əlaqələrin inkişafına yardım etməyə hazırdır”, - o deyib.
Qeyd olunur ki, görüşdə həmçinin ikitərəfli ticari-iqtisadi əlaqələr, enerji, infrastruktur, yol tikintisi və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.
Teqlər:
"Nikol Pa\u015finyan \u0130ran\u0131n birinci vitse-prezidenti M\u0259h\u0259mm\u0259d Rza Arefi q\u0259bul edib"