17 Oktyabr 2024, 09:40
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir  - FAKTİKİ HAVA şəkil
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Şahdağın 2800 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 15 mm, Daşkəsəndə 14 mm, Göygöldə 9 mm, Gəncədə 6 mm, Biləsuvar, Qəbələ, Mingəçevirdə 4 mm, Kəlbəcərdə 3 mm, Şəki, Şəmkir, Zərdab, Kürdəmir, Goranboy, Yevlax, Tərtər, Astara, Şuşa, Zəngilan, Füzuli, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Ordubad, Naftalan, Balakən, Tovuz, Zaqatala, Oğuz, Qobustan, Qusar, Qrız, Şahdağ, Bərdə, Sabirabad, Şirvan, Neftçala, Yardımlı, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 2 mm, Bakı, Maştağada 1 mm-dək olub.

Sumqayıt, Goranboy, Göygöl, Gəncə, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, Balakən, Şamaxı, Qobustan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq