Oktyabrda sərhəddə 3,9 milyon manatlıq qaçaqmal saxlanılıb
Nərmin Qocamanlı
Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 3 milyon 888 min 079 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içkilər və tütün məmulatları saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bundan baqşa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 351 kiloqram 553 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 15 665 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Teqlər:
"Oktyabrda s\u0259rh\u0259dd\u0259 3 9 milyon manatl\u0131q qa\u00e7aqmal saxlan\u0131l\u0131b"