Putin Trampı prezident seçilməsi münasibətilə təbrik edib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin Valday Forumunda keçirdiyi mətbuat konfransında aparıcının Amerika prezidentləri ilə bağlı sualını cavablandırıb.
Putin, Tramp haqqında deyib ki, siyasətçinin sui-qəsd zamanı davranışı onu heyran edib.
"İnsan fövqəladə şəraitdə özünü büruzə verir və burada o, özünü göstərdi. Fürsətdən istifadə edərək onu ABŞ prezidenti seçilməsi münasibətilə təbrik etmək istərdim. Mən dedim ki, biz Amerika xalqının güvənəcəyi istənilən dövlət başçısı ilə işləyəcəyik”, - deyə Putin qeyd edib.