Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyana cavab verib.
"Operativ Media" xəbər verir ki, bu barədə XİN sözcüsünün "X" hesabında paylaşım edilib.
O, bildirib ki, Ermənistanın Baş nazirinin guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması ilə bağlı irəli sürülən ittihamlarının heç bir əsası yoxdur və beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədi güdür. Bu ittiham, mənasız bir tarazlaşdırma cəhdidir və Azərbaycanın ərazi bütövlüyünə qarşı irəli sürülən iddiaları görməzdən gəlmək və ya yaddan çıxarmaq məqsədi daşıyır.
"Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur", - o, qeyd edib.