Ana səhifə / İdman / AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib 22.11.2024, 10:41 Əziz Əzizli "Operativ Media" bu haqda qurumun mətbuat xidmətinə istinadən xəbər verir. İclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Toplantı zamanı komitə üzvləri tərəfindən aşağıdakı məsələlər müzakirə olunub: - Cari mövsümdən etibarən UEFA tərəfindən klublar üçün nəzərdə tutulmuş həmrəylik ödənişlərinin lisenziyalaşdırma prosesi ilə əlaqələndirilməsi; - Ötən mövsüm ərzində lisenziyalaşdırma sistemi ilə əlaqədar UEFA tərəfindən görülmüş işlərin icmalı; - Bir qurum və ya şəxs tərəfindən bir neçə klubun sahibliyi (multi-klub sahibliyi) ilə əlaqəli qaydalar; - UEFA tərəfindən dərc olunmuş statistik hesabatın icmalı və digər məsələlər Teqlər: "AFFA r\u0259smisi UEFA-n\u0131n iclas\u0131nda i\u015ftirak edib"