Polis həftəsonu 15 kiloqrama yaxın narkotik vasitəni aşkar edərək götürüb

Nərmin Qocamanlı
Polis həftəsonu 15 kiloqrama yaxın narkotik vasitəni aşkar edərək götürüb

Polis əməkdaşlarının yanvarın 21-də və 22-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 14,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 7 kiloqramdan çox heroin, 7,2 kiloqrama yaxın  marixuana, həmçinin 65 qramdan çox metamfetamin olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Digər xəbərlər