Xəzər rayonunda elektrik naqili oğurlayan şəxs tutulub
Nərmin Qocamanlı
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində su təsərrüfatının elektrik tənzimləyicisinə gedən elektrik naqilinin 396 metrinin qeyri-aşkar şəraitdə oğurlanması barədə 1-ci Polis Şöbəsinə məlumat daxil olub.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Şirinov, Şəki rayon sakini Sərvan Süleymanov və Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Babək Əliabbasov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Teqlər:
"Xəzər rayonunda elektrik naqili oğurlayan şəxs tutulub"