http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Baş Prokurorluğun əməkdaşları Lissabonda səfərdə olub

23 Yanvar 2023 , 10:59
Baş Prokurorluğun əməkdaşları Lissabonda səfərdə olub

Narkomaniyanın qlobal problem olaraq qaldığını, ona qarşı mübarizənin Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmasını nəzərə alaraq, sistemli yanaşma və müsbət təcrübənin öyrənilməsi məqsədilə Baş Prokurorluğun əməkdaşlarından ibarət nümayəndə heyəti Avropa Birliyinin TAIEX proqramı çərçivəsində yanvarın 16-18-də Lissabon şəhərində səfərdə olublar.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərdə iştirak edən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin əməkdaşları - Anar Nəsibov, Murad Vəliyev, Vüsal Abdullayev və Valeh Ələkbərov Portuqaliya Respublikasının Narkomaniya ilə mübarizə üzrə milli koordinatoru və Narkomanların Davranışı və Asılılığına Müdaxilə Baş İdarəsinin (SICAD) rəhbəri Joao Goulao və Ədliyyə Polisinin Narkotik Satışı ilə Mübarizə Milli Birliyinin (UNCTE) direktoru Artur Vaz ilə görüşlər keçiriblər.

Görüş çərçivəsində narkotiklərlə mübarizənin hüquqi aspektləri, narkotik maddə asılılığından əziyyət çəkən şəxslərin müalicəsi istiqamətində milli fəaliyyət planları və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib.

Səfərin növbəti mərhələsində nümayəndə heyəti Portuqaliyanın Baş Prokurorluğunun inzibati binasının yerləşdiyi Palmela sarayı ilə tanış olunub, Prokurorluğun Cinayət işləri üzrə İstintaq və Əməliyyat İdarəsinin prokurorları ilə görüşərək ətraflı fikir mübadiləsi aparılıb, narkotiklərlə mübarizə sahəsində Portuqaliya və Azərbaycan qanunvericiliyinin oxşar və fərqli cəhətləri, effektiv mübarizə, qarşılıqlı əməkdaşlıq istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Bundan basqa, əməkdaşlarımız Avropa Birliyinin Narkotiklər və Narkotikdən Asılılığın Monitorinqi Mərkəzinin (EMCDDA) nümayəndələri və digər aidiyyəti qurumların məsul əməkdaşları ilə görüşlər keçirib.

Səfər çərçivəsində nümayəndə heyətinə narkotik vasitələr və psixotrop maddələrdən istifadə ilə mübarizə sahəsində Avropa Birliyinin digər dövlətləri ilə Portuqaliya təcrübəsi arasında mövcud fərqlər, onların üstün və zəif cəhətləri, həmçinin, əldə olunmuş nailiyyətlərlə bağlı geniş məlumat verilib.

OXŞAR XƏBƏRLƏR
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

XƏBƏR LENTİ
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
Menyu