23 Yanvar 2023, 12:33
İrandan 5 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Yanvar ayının 23-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən "Operativ Media"ya bildirilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 300 qram narkotik vasitə “marixuana” və 250 ədəd “metadon M-40” psixotrop həbi aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.