26 Noyabr 2024, 15:05
AFFA Premyer liqa klublarını cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
AFFA Premyer liqa klublarını cərimələdi şəkil
AFFA Premyer liqa klublarını cərimələdi

"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

23 noyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 14-cü turun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilib.

Həmin oyununun 62-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” klubu 500 manat cərimə edilib.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.

23 noyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 14-cü turun “Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

23 noyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 14-cü turun “Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

24 noyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasında 14-cü turun “Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

Son xəbərlər
Sentyabrda PMS imtahanı elektron formada olacaq
“Real” oyun formalarındakı reklamlardan əldə olunan gəlirlər üzrə liderdir
Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
Hansı ixtisas qrupuna maraq daha çoxdur?
Məleykə Abbaszadə: İlin sonuna qədər 22 məlumat toplusu ictimaiyyətə təqdim olunacaq
DİM sədri: Ali məktəblərdə ödənişli əsaslarla olan yerlərin 90% dolacağı gözlənilir
Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib