Polis 14 kiloqrama yaxın narkotik vasitəni aşkar edərək götürüb

Nərmin Qocamanlı
Polis 14 kiloqrama yaxın narkotik vasitəni aşkar edərək götürüb

Polis əməkdaşlarının yanvarın 23-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan çox heroin, 5,7 kiloqramdan artıq marixuana, 1,7 kiloqramdan artıq tiryək, həmçinin 3,2 kiloqrama yaxın metamfetamin, 1012 ədəd metadon və tramadol həbləri olub. 


Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Digər xəbərlər