http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Sabiq bələdiyyə sədri Rövşən Quliyev barəsində həbs qətimkan tədbiri seçilib

24 Yanvar 2023 , 10:57
Sabiq bələdiyyə sədri Rövşən Quliyev barəsində həbs qətimkan tədbiri seçilib

"Bəzi sosial şəbəkə və media səhifələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Nefçala rayon prokurorluğunun keçirdikləri birgə əməliyyat nəticəsində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin saxlanılması barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb".

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub. 

"Qeyd olunan faktla bağlı 21.10.2022-ci il tarixdə Neftçala rayon prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanması barədə məlumat yayılmışdır ( https://genprosecutor.gov.az/az/post/5746 ).

Bildiririk ki, Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev 23.01.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Baş Prokurorluğun Mətbuat xidməti bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən rəsmi mənbədən dəqiqləşdirməyə və qərəzsiz olmağa çağırır". - deyə məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR
Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

XƏBƏR LENTİ
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
  • 09:00

    Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
Menyu