http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

AQTA: 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edilib

24 Yanvar 2023 , 16:21
AQTA: 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 11 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən edib.

"Operativ Media" xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 23 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 11 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"İron Maxx" idman qidaları mağazası

Nizami rayonu, E.Süleymanov küç., ev 160K

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Elmar" market

Abşeron rayonu, Saray-Novxanı şosesi, P.Həşimov küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

3

"Vüsal" market

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

4

"Veqas" market

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

5

"Elmir C" aptek

Şamaxı şəhəri, Bakı-Qazax yolu 120 km

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

6

"Qədirxum" market

Cəlilabad şəhəri, Azərbaycan küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

7

"Ceyhun" market

Tovuz rayonu, Qədirli kəndi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

8

"Abbas" market

Tovuz rayonu, Xatınlı kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

İctimai iaşə müəssisələri

9

"Sultan" şadlıq evi

Nizami rayonu, B.Çobanzadə küç., ev 2403-cü məhəllə

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Ev şəraitində hazırlanan məhsulların satışı

10

"Galiano Lounge"

Yasamal rayonu, Tbilisi pr., ev 47

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Ev şəraitində hazırlanan məhsulların satışı

11

"İstanbul" restoranı

Xətai rayonu, S.Orucov küç., ev 38

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

OXŞAR XƏBƏRLƏR
Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Yük avtomobili dərəyə yuvarlanıb, ölən var

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu