Menyu

Macarıstanın Fransadakı səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

Macarıstanın Fransadakı səfirliyində terror aktı təhdidi barədə axtarışlara başlanılıb

"Operativ Media" xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto feysbukdakı səhifəsində yazıb.

Qeyd olunub ki, bununla bağlı olaraq Fransa xüsusi xidmət orqanları diplomatik missiyanın binasında axtarışlar aparırlar.

İki axtarış itinin köməyi ilə səfirlikdə axtarış aparılıb.

Macar diplomatları həyatları ilə bağlı daxil olan təhlükə barədə nazirliyə məlumat veriblər.

Nazirin sözlərinə görə, Fransa hakimiyyəti partlayıcı maddələrin axtarışını aktiv şəkildə aparır.

O, həmçinin bildirib ki, təhdid məktubu qonşu ölkədən bir ünvandan gəlib və hazırda Macarıstanın xüsusi xidmət orqanları diplomatlarının təhlükəsizliyini təmin etmək üçün araşdırma aparır.

Teqlər:

"Macar\u0131stan\u0131n Fransadak\u0131 s\u0259firliyind\u0259 terror akt\u0131 t\u0259hdidi bar\u0259d\u0259 axtar\u0131\u015flara ba\u015flan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər