Məhəmməd Abdullah Həmdan Əl Şehri DSX-nin xidməti-döyüş fəaliyyəti ilə tanış olub

Redaksiya
Məhəmməd Abdullah Həmdan Əl Şehri DSX-nin xidməti-döyüş fəaliyyəti ilə tanış olub


Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsi Baş Direktoratlığının rəhbəri general-mayor Məhəmməd Abdullah Həmdan Əl Şehrinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının xidməti-döyüş fəaliyyəti, maddi-texniki bazaları ilə yaxından tanış edilmişlər. 

"Operativ Media" xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.


Tərəflər arasında sərhəd təhlükəsizliyinin müvafiq istiqamətləri üzrə praktiki səviyyədə əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi, təcrübə mübadiləsinin aparılması razılaşdırılmışdır.


Səfər müddətində qonaqlar Bakı şəhərində yerləşən tarixi-mədəni və memarlıq abidələrini ziyarət etmişlər.
Yanvarın 24-də Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Mühafizəsinin nümayəndə heyətinin səfəri başa çatmışdır. 
 

Şəkil Qalereyası

Məhəmməd Abdullah Həmdan Əl Şehri DSX-nin xidməti-döyüş fəaliyyəti ilə tanış olub - Şəkil 1
Məhəmməd Abdullah Həmdan Əl Şehri DSX-nin xidməti-döyüş fəaliyyəti ilə tanış olub - Şəkil 2
Məhəmməd Abdullah Həmdan Əl Şehri DSX-nin xidməti-döyüş fəaliyyəti ilə tanış olub - Şəkil 3

Digər xəbərlər