Polis ötən gün 12 kiloqrama yaxın narkotik vasitəni aşkar edərək götürüb

Nərmin Qocamanlı
Polis ötən gün 12 kiloqrama yaxın narkotik vasitəni aşkar edərək götürüb

Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,8 kiloqramdan çox heroin, 7,7 kiloqrama yaxın marixuana, 77 qram artıq tiryək, həmçinin 245 qram metamfetamin, 479 ədəd metadon həbləri olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Digər xəbərlər