Menyu

Lökbatanda zavodun həyətindən dəmirüyüdən dəzgahın mühərriki oğurlanıb

Nərmin Qocamanlı
Lökbatanda zavodun həyətindən dəmirüyüdən dəzgahın mühərriki oğurlanıb
1 dəq oxu

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən zavodlardan birinin həyətindən dəmirüyüdən dəzgahın mühərrikinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qəbələ rayon sakini Anar Yusifov və Qazax rayon sakini Elturan Nəsibzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər