Nəsimi və Yasamal rayonlarında oğurluq edən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Nəsimi və Yasamal rayonlarında oğurluq edən şəxslər saxlanılıb

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə Cavadxan küçəsində yerləşən marketlərin birindən 1600 manat dəyərində 8 ədəd arabanın qeyri-aşkar şəraitdə oğurlanması barədə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum olunmuş İsrail Hüseynov müəyyən olunaraq saxlanılıb. 

Bundan başqa, Yasamal rayonunun Ş.Qurbanov küçəsindəki mağazaların birindən 11 ədəd mobil telefonun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Zaur Musayev müəyyən olunaraq saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Digər xəbərlər