Menyu

Mingəçevirdə güclü yanğın olub - YENİLƏNİB

Əsəd Abbaslı
Mingəçevirdə güclü yanğın olub - YENİLƏNİB

FHN Mətbuat xidmətinin "Operativ Media"a verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1500kv.m. sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

19:46

Mingəçevirdə güclü yanğın başlayıb.

"Operativ Media" xəbər verir ki, yanğın Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınmış şəhərciyin yaxınlığındakı ərazini əhatə edir.

Məlumata görə, ferma və köşklərin olduğu ərazidə baş vermiş yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, köşklər yanğından mühafizə olunub.

Hadisənin səbəbləri araşdırılır.

Teqlər:

"Ming\u0259\u00e7evird\u0259 g\u00fccl\u00fc yan\u011f\u0131n olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər