Menyu

DİN məktəb həyətində valideynlər arasındakı davaya münasibət bildirib

DİN məktəb həyətində valideynlər arasındakı davaya münasibət bildirib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, dekabrın 18-də Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentlə əlaqədar mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə Polis Şöbəsinə müraciət ediblər. Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib.

Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, dekabrın 18-də Yasamal rayonu ərazisində yerləşən məktəblərin birində valideynlər arasında incident baş verməsi barədə sosial şəbəkədə videogörüntü yayılıb.

report

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər