Xəzər rayonunda narkopriton aşkarlanıb - FOTO
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.
Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net