Menyu

Şəmkirdə polisə tabe olmayan sürücü həbs edilib

Şəmkirdə polisə tabe olmayan sürücü həbs edilib

Bu barədə "Operativ Media"ya Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, 9-cu taqımının əməkdaşları Şəmkir rayon sakini Rəfayel Əliyevə idarə etdiyi “VAZ” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün “Saxla” işarəsi versə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib.

Görülən tədbirlərlə saxlanılan R.Əliyev araşdırma zamanı da məsuliyyətdən yaxa qurtarmaq məqsədilə süni gərginlik yaratmağa calışıb, YPX əməkdaşlarına tabesizlik göstərib. Aidiyyəti üzrə təhvil verilən R.Əliyev məhkəmənin qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu bir daha qeyd edir, qanunvericiliyin tələblərini pozan, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təhdid edən şəxslərə qarşı kəsərli tədbirlərin görüləcəyini bildirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər