AYNA: Bu il özəl daşıyıcıların ölkəyə 100-dən artıq avtobus gətirməsi gözlənilir
"Operativ Media" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, ötən il 200 avtobus təmir edilərək xəttə qaytarılmış, həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib.
"Özəl daşıyıcılar 60 yeni avtobus gətirb və bunun bir hissəsi artıq istismara buraxılıb. 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib. Tam yeni avtobusların fəaliyyət göstərdiyi 2 yeni marşrut yaradılıb", - deyə AYNA sədri qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net