Menyu

Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 42 %-ə yaxın artıb

Nərmin Qocamanlı
Azərbaycanda  "ASAN İmza" sertifikatlarının sayı 42 %-ə yaxın artıb

"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu, 2023-cü illə müqayisədə 41,5 % çoxdur.

Hesabat dövründə "ASAN İmza" 378 075 müraciət üzrə təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 52,6 % çoxdur.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatları 3 il etibarlıdır.

Teqlər:

"Az\u0259rbaycanda \"ASAN \u0130mza\" sertifikatlar\u0131n\u0131n say\u0131 42 %-\u0259 yax\u0131n art\u0131b"

Əlaqəli Xəbərlər