Dekabr ayında KTM-ə zəhərlənmə səbəbilə 116 müraciət daxil olub
"Operativ Media" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinən məlumat verilib.
Şöbəyə qəbul edilən xəstələrdən 29 nəfər dərmandan, 24 nəfər sirkə turşusundan, 22 nəfər botulizmdən zəhərlənən şəxslərdir.
Həmçinin 18 nəfər dəm qazından, 7 nəfər allergik reaksiyadan, 4 nəfər etanoldan, 3 nəfər fosfor üzvi birləşmələrdən, 6 nəfər yandırıcı məhlul, 3 nəfər isə anafilaktik şok səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si (5 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu, botulizm, etanol, dərman və dəm qazı zəhərlənmələrindən qeydə alınıb.
Teqlər:
"Dekabr ay\u0131nda KTM-\u0259 z\u0259h\u0259rl\u0259nm\u0259 s\u0259b\u0259bil\u0259 116 m\u00fcraci\u0259t daxil olub"