Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb
Redaksiya
Binəqədi və Nəsimi rayonları ərazisində yerləşən 2 obyektdə naməlum şəxsin alış-veriş edən zaman kassaya saxta pul əskinasları verməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Nuriyev müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net